Dünyanın ən uzun birbaşa uçuşu başlayır

12:42 19.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aviasiya tarixində ən uzun mənzilli dayanacaqsız uçuş layihəsi 2027-ci ildə başlayacaq. Marşrut Sidney-Londo reysi üzrə həyata keçiriləcək.

Hafta.az yazır ki, şirkət 2025-ci ilin noyabr ayında verdiyi açıqlamada uçuşların 2027-ci ilin birinci yarısında başlayacağını və ilk təyyarənin 2026-cı ilin sonuna qədər çatdırılacağını proqnozlaşdırmışdı.

Airbus-un bu ayın əvvəlində ilk çatdırılmanın 2027-ci ilin aprelindən əvvəl edilə bilməyəcəyi barədə açıqlaması vaxtı bir daha geri çəkib.

Qantas-ın baş direktoru Vanessa Hudson bildirib: "2017-ci ildə biz Qantasın uzun mənzilli aviasiyanın sərhədlərini genişləndirəcəyinə və Avstraliyanın şərq sahilini birbaşa Londona bağlayacağına söz vermişdik. 2027-ci ilin oktyabr ayından etibarən bu vəd gerçəkləşir".

Digər tərəfdən, şirkət əvvəlki planlarında Sidneydən əlavə, Brisben və Melburnu da London və Nyu-Yorka birbaşa uçuşlar üçün mərkəz kimi daxil etmişdi.

Qantas-ın məlumatlarına görə, 2025-ci ildə Sidney-London marşrutu ilə həftədə 12 mindən çox sərnişin uçacaq, Melburn üçün bu rəqəm 7500, Brisben üçün isə 5300 olaraq qalacaq.

Sidneylə London arasında birbaşa uçuşların mövcud tək dayanacaqlı uçuşlarla müqayisədə səyahət müddətini təxminən 4 saat qısaltması gözlənilir. Layihə üçün xüsusi olaraq hazırlanmış Airbus A350-1000ULR təyyarələri, gövdəyə əlavə edilmiş 20 min litrlik yanacaq çəni sayəsində 22 saat ərzində dayanmadan 16 min kilometr məsafə qət edə bilir.

Qantas bu əməliyyat üçün 12 A350-1000 təyyarəsi sifariş edib. Lakin sərnişinlərin rahatlığını artırmaq üçün salondakı oturacaqların sayı 238 ilə məhdudlaşdırılıb. Uçuş müddəti uzun olduğuna görə təyyarədəki oturacaqların 40 faizi premium siniflərdə (Biznes və Premium Ekonom) olacaq və ekonom sinif oturacaqlarının sayı digər uzun məsafəli uçuşlarla müqayisədə daha az saxlanılacaq.